Qvardiola mükafatlandırıldı

  • Dünən, 10:30

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 9 il ərzində həm meydanda, həm də meydandan kənarda şəhərə göstərdiyi böyük töhfəyə görə Mançester Universiteti tərəfindən fəxri fərmanla təltif edilib.

Sportlife.az xəbər verir ki, tarixi "Whitworth Hall"da keçirilən mərasimdə universitetin rektoru Nazir Əfzal tərəfindən ona fəxri doktor adı təqdim olunub.

Mükafat ona təkcə idman nailiyyətlərinə deyil, həm də futboldan kənar ilhamverici işinə görə verilib. 


Paylaş: