
Ramosun burnu qırıldı
Madrid "Real"ı ciddi itki ilə üzləşib. Sportlife.az xəbər verir ki, komandanın ulduz üzvü sıradan çıxıb.
Söhbət Serxio Ramosdan gedir. 31 yaşlı ispan müdafiəçi "Atletiko" ilə Madrid derbisi matçında zədələnib. Qarşılaşmanın ilk hissəsində zədələnən Ramos bütün səylərə baxmayaraq oyuna davam edə bilməyib və Naço Fernandeslə əvəzlənib.
Qarşılaşmadan sonra Ramos barədə açıqlama verən baş məşqçi Zidan, Ramosun burnunun qırıldığını və yaşıl meydanlara nə vaxt qayıdacağının hələ ki, dəqiq bəlli olmadığını deyib.