"Real"da yeni müqavilələr iddiası

  • Bu gün, 23:45

"Real Madrid" müdafiəçilər Naço Fernandes və Lukas Vaskeslə müqaviləni uzatmağa razılaşıb.

Sportlife.az "As" nəşrinə istinadla xəbər verir ki, futbolçular 2025-ci ilə qədər yeni müqavilələr imzalayacaqlar. İspanların əvvəlki müqavilələri 2024-cü ilin yayında başa çatırdı. Daha əvvəl yarımmüdafiəçi Toni Kroosun da 1 illik müqavilə imzalayacağı məlum olub. "Real" gələn həftə üç yeni müqaviləni rəsmən açıqlayacaq.

32 yaşlı Vaskes bu mövsüm 28 oyunda 1 qol və 4 məhsuldar ötürmə edib. 34 yaşlı Naço "Real Madrid"də 33 oyun keçirib.


Paylaş: