Ruslar Türkiyə millisi ilə oynaya bilər

  • 5 Fevral 2025, 10:39

Rusiya və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Sportlife.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov açıqlama verib.

Onun sözlərinə görə, matçın təşkili təqvimdən asılı olacaq: "Türkiyə komandası ilə oyun nəzəri cəhətdən mümkündür, lakin təqvimi də nəzərə almalıyıq".

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar FIFA və UEFA Rusiya yığmalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.


Paylaş: