Sabiq "Fənərbağça"lı İngiltərə klubuna keçə bilər

  • Dünən, 23:22

"Fənərbaxça"dan ayrılan Joao Pedro karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "Hall Siti" 32 yaşlı forvardı transfer etmək istəyir. 

Çempionşip təmsilçisi azad agent statusunda olan 32 yaşlı hücumçu ilə danışıqlara başlayıb. Ona 1+1 illik müqavilə təklif edilib.


Paylaş: