Salahdan qeyri-adi göstərici

  • 14 Fevral 2025, 10:55

"Liverpul"un futbolçusu Məhəmməd Salah nadir göstəriciyə imza atıb.

Sportlife.az xəbər verir ki, misirli hücumçu "Everton"la Premyer Liqanın XV turundan təxirə salınmış oyunda (2:2) qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla da forvard Premyer Liqada keçirdiyi son 100 matçda 100 qolun (62 qol+38 assist) vurulmasında birbaşa iştirak edib.

Daha əvvəl yalnız 3 oyunçu bunu bacarıb: Alan Şirer, Tyerri Anri və Robin van Persi.


Paylaş: