
Sane "Bavariya"da qala bilər
"Bavariya" futbolçusu Leroy Sane ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportlife.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Klub rəhbərliyi 29 yaşlı oyunçu ilə sözləşmənin yenilənəcəyinə ümid edir.
Xatırladaq ki, Sane bu mövsüm "Bavariya"ın heyətində Almaniya çempionatında 23 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.