
"Tottenhem"də şok itki
"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportlife.az xəbər verir ki, futbolçuya sağ dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub.
28 yaşlı oyunçu avqustun 3-də Cənubi Koreyada "Nyukasl"la mövsümöncəsi hazırlıq matçında (1:1) zədələnib.
Futbolçu əməliyyat olunacaq, bundan sonra isə uzunmüddətli reabilitasiyaya başlayacaq.
Maddison “Tottenhem”in heyətində 75 oyun keçirib, 16 qol vurub və 21 məhsuldar ötürmə edib.