
"Vest Hem" sözünün üstündə durmadı
"Vest Hem" Maykl Antonio ilə yolların ayrılacağını açıqlayıb.
Sportlife.az xəbər verir ki, yamaykalı futbolçu ilə bu yay başa çatan müqavilənin müddəti uzadılmayacaq.
London klubu 2024-cü ilin dekabrında baş vermiş ağır qəzadan sonra onu dəstəkləməyə və reabilitasiyasına kömək etməyə davam edəcəklərini və komanda saxlayacaqlarını bildirsə də, vədinə əməl etməyib.
Antonio avtomobil qəzasına düşdükdən sonra 6 aydan çox oynamayıb.