Villa-Boaş "Portu"nun prezidenti oldu

  • 28 Aprel 2024, 12:18

Portuqaliyanın “Portu” klubuna prezident seçkisi keçirilib.

Sportlife.az xəbər verir ki, bu vəzifəyə 46 yaşlı məşhur məşqçi Andre Villa-Boaş seçilib. O, səslərin 70 faizini qazanaraq 42 ildir “Portu”nun prezidenti olan Pinto de Kostaya qalib gəlib. 

 

Ande Villa-Boaş 2010/11 mövsümündə “Portu”nun baş məşqçisi olub. O, buradakı uğurlu işindən sonra İngiltərədə “Çelsi” və “Tottenhem”i də çalışdırıb. 2021-ci ildə baş məşqçisi olduğu “Marsel”dən (Fransa) ayrıldıqdan sonra Boaş heç bir klubda işləmirdi.


Paylaş: