AFFA Frank de Blekerə nə qədər maaş verir?

  • 10 Fevral 2025, 17:40

AFFA Hakimlər Komitəsinin sədri Frank De Belekerin maaşı bəlli olub.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, belçikalı funksioner AFFA-dan aylıq 20 min dollar məvacib alır.

Verilən məlumata görə, onu AFFA-ya vitse-prezident Elşad Nəsirov gətirib.

De Blekerin ölkəmizdə qazandığı məbləğlə bağlı AFFA-nın mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Elnur Məmmədli məlumatı təkzib etsə də, məbləği açıqlamayıb: "Sizdə olan məlumat səhvdir. Onun maaşı bundan qat-qat azdır. Hər iki tərəfin razılığına əsasən, konfidensial olduğu üçün bu məlumat ictimailəşdirilə bilməz".

Qeyd edək ki, Frank De Bleker ötən ilin yayından Hakimlər Komitəsinin sədri vəzifəsində çalışır.


Paylaş: