Bosniyalı futbolçu Azərbaycanda qalmaq istəmir

  • Bu gün, 18:00

Mövsüm sonunda "Araz Naxçıvan"dan ayrılacaq futbolçulardan birinin adına aydınlıq gəlib.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, komandanın müdafiəçisi Numan Kurdiç yayda klubu tərk edəcək. Müqaviləsi başa çatacaq bosniya və hersoqovinalı oyunçuyla Naxçıvan təmsilçisi yeni sözləşmə imzalamayacaq.

Buna səbəb Kurdiçin Azərbaycanda yaşamaq istəməməsidi. Bu səbəbdən də müdafiəçi yayda özünə yeni klub axtaracaq.


Paylaş: