"Hədəfimiz Superliqaya yüksəlməkdir" - Renat Dadaşov

  • 15 Avqust 2024, 11:26

Millimizin "Ankaragücü"də (Türkiyə) çıxış edən futbolçusu Renat Dadaşov klubu haqqında danışıb.

Sportlife.az xəbər verir ki, avqustun 8-də 1-ci liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayan və ilk matçında fərqlənən 25 yaşlı hücumçu bu sözləri deyib:

"Baş məşqçi Cihat Arslanın mənə qarşı diqqəti məni təsirləndirdi. O, "Ankaragücü"nün qarşıdakı planlarından danışdı. Öz planlarını dedi. Bunlar məni çox təsirləndirdi. "Ankaragücü" böyük bir klubdur. Ankara gözəl şəhərdir. Hədəfimiz yenidən Superliqaya yüksəlməkdir. Mən də, komanda yoldaşlarım da bunun üçün mübarizə aparacağıq. "Şanlıurfaspor"la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi "Ərzurumspor"a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.


Paylaş: