Kapitan Madridi tərk edir

  • 4 May 2024, 12:27

"Real"ın kapitanı Naço Fernandes Madrid klubundan ayrılacağını qətiləşdirib.

Sportlife.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını ABŞ-nin MLS çempionatında davam etdirmək qərarına gəlib.

Naçonun İspaniya klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 2011-ci ildən "Real"da çıxış edən futbolçu indiyədək keçirdiyi 226 oyunda 12 qol vurub.


Paylaş: