“Neftçi” “Beşiktaş”ın qonağı oldu - FOTOLAR

  • Bu gün, 20:28

U-17 komandasının yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar.

Sportlife.az xəbər verir ki, "qara qartal”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən klub nümayəndələri onların məşqini izləyiblər.

"Neftçi”nin Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.


Paylaş: