"Neftçi"nin futbolçuları "Beşiktaş"ın məşqində

  • Bu gün, 17:05

"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər.

Sportlife.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Sulşer, Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər.

Yeniyetmə oyunçular "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Sulşer və Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.


Paylaş: