"Neftçi"nin məşqçisini vuran şəxsə sərt cəza

  • Dünən, 16:13

AFFA İntizam Komitəsi AFFA U-17 Liqasında keçirilmiş "Vətən" - “Neftçi” oyununda baş verən insidentlə bağlı qərarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, "Masallı"nın sabiq komanda rəisi Abdulla Xəlilov matçın 69-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə və xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

"Neftçi" rəsmisi Rəşad Hüseynov isə A.Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.

Görüşdə təhlükəsizlik təmin edilmədiyi üçün meydan sahibləri müstəsna hal kimi 500 manat cərimələnib. Bununla yanaşı, hər iki klubun rəhbərliyinə daxili nizam-intizam qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilib.


Paylaş: