"Qarabağ"ın 2 futbolçusu Türkiyə klubunun hədəfində

  • 10 Fevral 2025, 15:21

"Qarabağ"ın futbolçuları Nəriman Axundzadə və Aleksey Kaşuk karyerasını Türkiyədə davam etdirə bilər.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, "Boluspor" sözügedən oyunçularla maraqlanır.

I Liqa təmsilçisi hər iki futbolçunu icarəyə götürmək istəyir. Bu barədə kluba bildirilib, lakin Ağdam təmsilçisi məsələyə isti yanaşmır.

Qeyd edək ki, hazırda "Boluspor"da Azərbaycan millisinin digər futbolçusu Vüsal İsgəndərli çıxış edir.


Paylaş: