"Sabah"da növbəti müqavilə

  • Bu gün, 15:17

“Sabah” futbolçusu Anatoli Nuriyevlə yeni müqavilə bağlayıb.

Sportlife.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. Nuriyev bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.

Qeyd edək ki, "Sabah" bu gün qazaxıstanlı qapıçı Stas Pokatilovla da müqavilənin yeniləndiyini açıqlayıb.


Paylaş: