"Sumqayıt"ın qərarı özbəkləri təəccübləndirdi

  • Bu gün, 16:56

Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovun “Sumqayıt”dan ayrılmaları ölkələri Özbəkistanda böyük ajiotaj yaradıb.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, özbəklər, xüsusən də, Cəloliddinovun gedişinə təəccübləniblər. Çünki 23 yaşlı yarımmüdafiəçi ölkəsinin perspektivli oyunçularından hesab olunur.

Yaxın gələcəkdə milliyə dəvət edilməsi gözlənilən hücumameyilli oyunçu həm Özbəkistanın iddialı klublarından, həm də Avropanın bir neçə ölkəsindən təklif alıb. Bu mənada özbəklərin fikrincə, “Sumqayıt”ın bu iki oyunçu ilə yeni müqavilə imzalamamaq qərarı yanlış addımdır.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Cəsurbek Cəloliddinov 12, Bobir Abdixolikov isə 9 oyunda (4 qol) iştirak edib.


Paylaş: