Vüsal İsgəndərlidən uğurlu debüt

  • Bu gün, 12:48

Azərbaycanlı hücumçu Vüsal İsgəndərli yeni komandası “Partizani”də debüt edib.

Sportlife.az xəbər verir ki, o, Şimali Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda meydana çıxıb.

“Partizani” “Rabotniçki” ilə qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.

İsgəndərli görüş üçün start heyətdə yer alıb. O, fasilədə əvəzlənib.

Xatırladaq ki, Vüsal “Partizani”yə bu yay “Boluspor”dan keçib və 1+1 illik müqaviləyə imza atıb.


Paylaş: