"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!

  • 24 Aprel 2024, 13:18

Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşır.

Sportlife.az xəbər verir ki, "Sabah" bu şənbə növbəti ev matçına çıxacaq. Komanda “Səbail”lə qarşılaşacaq.

"Sabah"ın sponsorları mövsümün ən həlledici anlarını azarkeşlər üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər. Belə ki, "Sabah"ı stadiondan dəstəkləməklə, klubun sponsorları tərəfindən "IPhone 15" və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz!

“Sabah” – “Səbail” oyununa gəl, futboldan həzz al, hədiyyələr qazan! 

Oyun aprelin 27-də saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək. 

Biletləri bu gündən etibarən iticket.az saytından, həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.


Paylaş: