Sidiki Şerif "Fənərbaxça"da
"Anje"nin hücumçusu Sidiki Şerif "Fənərbaxça"ya keçir.
Sportlife.az xəbər verir ki, fransalı forvard artıq İstanbuldadır.
19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
Tanınmış insayder Fabritsio Romanonun xəbərinə görə, “Fənərbaxça” Sidikinin icarəsi üçün “Anje” klubuna 4 milyon avro ödəyəcək. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.
Sidiki Şerif "Anje"nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisində 20 rəsmi matçda 4 qol vurub.