Təbriz klubundan “Sumqayıt”a - RƏSMİ
“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, “kimyaçılar” Təbrizin “Maşinsazi” klubundan Peyman Babayini icarəyə götürüb. İran mətbuatı 25 yaşlı forvardın iki il ərzində “Sumqayıt”da çıxış edəcəyini yazıb.
Türkiyənin İstanbul şəhərində keçirilən imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçu özü iştirak edib.
“Traktorsazi”nin yetirməsi olan Babayi bu mövsüm “Maşınsazi”nin heyətində 14 oyunda 2 qol vurub.
“Sumqayıt” dünən Təbrizin daha məşhur futbol klubu olan “Traktorsazi” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.