
UEFA klublarımıza pul ayırdı
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Sportlife.az xəbər verir ki, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1.955.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Neftçi”, “Səbail”, "Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” klublarının hər birinə 217.222.22 avro ödənilib.