
UEFA rəsmiləri yenidən Bakıda
UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 5-ci işgüzar səfəri başlayıb.
Sportlife.az AFFA-nın saytına istinadən xəbər verir ki, fevralın 15-dək davam edəcək sonuncu səfər proqramında, UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.