
Stadnikə qalib gələn Olimpiya çempionu öldü
Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionu Hitomi Obara 44 yaşında vəfat edib.
Sportlife.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiadada 48 kq çəki dərəcəsində qalib olub. O, həmin vaxt finalda Mariya Stadnikə qalib gəlmişdi.
Adı 2022-ci ilin sentyabrında UWW Şöhrət Zalına daxil edilən Obara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya hazırlaşan qadınlardan ibarət Yaponiya millisinin məşqçilər korpusunda yer almışdı.