
Höccət Haqverdi "Sumqayıt"da
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. 32 yaşlı müdafiəçi yeni komandasında "3" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm bu klubun şərəfini qoruyub.