"Milan"dan "Trabzonspor"a

  • Dünən, 10:40

İtaliyanın "Milan" klubunun futbolçusu İsmael Bennaser karyerasını Türkiyədə davam etdirə bilər. 

Sportlife.az xarici mətbuata istinadən xəbər verir ki, "Trabzonspor" 27 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. 

Hazırda tərəflər arasında danışıqlar gedir. 

Qeyd edək ki, İsmael Bennaser ötən mövsümün ikinci yarısını icarə əsasında Fransa təmsilçisi "Marsel"də keçirib.


Paylaş: