Lukaku "Qarabağ"a qarşı oynamayacaq

  • Dünən, 11:17

İtaliyanın “Napoli” klubunun futbolçusu Romelu Lukaku “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Sportlife.az xəbər verir ki, 32 yaşlı belçikalı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna forvardın zədəli olması səbəb olub. Hazırkı İtaliya çempionu “Mançester Yunayted”dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.


Paylaş: