"Portuqaliya ilə oyuna yaxşı hazırlaşmışıq"

  • Dünən, 16:24

"İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.

Sportlife.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikilərini bildirib: “Bu, bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq. İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətlərindədir. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir" 

Qeyd edək ki, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.


Paylaş: