
Azərbaycan klubunda yeni təyinat
"Ordu" basketbol komandasında yeni məşqçi təyinatı olub.
Bu barədə Sportlife.az-a klubdan məlumat verilib.
Serbiyalı mütəxəssis Milan Kotaraç köməkçi məşqçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, "Ordu" daha əvvəl Polad Həsənovun baş məşqçi təyin olunduğunu açıqlayıb.