Yığmamızın oyunu kiprlilərə tapşırıldı

  • Dünən, 12:43

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Sportlife.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Paylaş: