
"Real"ın qapıçısı Bakıya gəlməyəcək
Ukrayna yığması daha bir itki ilə üzləşib. Milli komandanın qapıçısı Andrey Lunin sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, “Real”ın üzvü kürəyində ağrılar hiss etdiyi üçün düşərgədən ayrılıb. Tibb personalı onun qarşıdakı iki matçda oynamasına qadağa qoyub. Bu səbəbdən qolkiper Madrid klubunun düşərgəsinə dönüb və müalicəni İspaniyada davam etdirəcək.
Bu o deməkdir ki, Lunin Bakıya gəlməyəcək. Sentyabrın 9-da millimizlə oyunda ukraynalıların qapısını digər əlcək sahiblərindən biri qoruyacaq.