Millimizlə oyundan öncə təltifetmə

  • Bu gün, 11:12

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya – Azərbaycan oyunundan əvvəl təltifetmə olacaq.

Sportlife.az xəbər verir ki, meydan sahiblərinin sabiq kapitanı Birkir Byarnason mükafatlandırılacaq.

37 yaşlı yarımmüdafiəçi peşəkar karyerasını bitirdiyini açıqlayıb. Qarşılaşmanın startından əvvəl İslandiya Futbol Assosiasiyası rəhbərliyi Byarnasonu millidəki fəaliyyətinə görə təltif edəcək.

İslandiya millisi tarixində ən çox oyun keçirən Byarnason meydana çıxdığı 113 görüşdə 15 qol vurub. O, AVRO-2016 və DÇ-2018-də millisinin heyətində çıxış edib.

Qeyd edək ki, sabah Reykyavikdəki “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Paylaş: