
Höccət Haqverdinin yeni klubu məlum oldu
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, ötən mövsüm "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalanıb.
Təcrübəli müdafiəçi köhnə-yeni komandasında "3" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2020/2021 mövsümündə "Sumqayıt"da bürünc medal qazanmış Höccət Haqverdi 1,5 mövsüm "Sumqayıt"ın şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.