"Qarabağ"ın rəqibində problem
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki son rəqibi “Liverpul” ciddi problemlə üzləşib.
Sportlife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə nəhəngində müdafiə xətti ilə bağlı sıxıntılar yaşanır.
Konor Bredlinin mövsümün sonuna qədər sıradan çıxmasına baxmayaraq, “qırmızılar” yeni müdafiəçi transfer edə bilməyib. Düzdür, hazırda baş məşqçi Arne Slotun sərəncamında 6 arxa xətt oyunçusu qalıb. Lakin onların əksəriyyətinin formadan uzaq olması məşqçilər korpusunu narahat edir.
Baş məşqçi Liqa mərhələsinin son iki turu və İngiltərə Premyer Liqasında mövsümün qalan mərhələsində bəzən yarımmüdafiəçiləri də müdafiə xəttində oynatmaq məcburiyyətində qala bilər.
Qeyd edək ki, “Liverpul”la “Qarabağ” arasında oyun yanvarın 28-də “Enfild Roud”da keçiriləcək.