
Fiziyev oktaqona nə vaxt qayıdacaq
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev oktaqona qayıdacağı tarixi açıqlayıb.
Sportlife.az xəbər verir ki, bu barədə 32 yaşlı idmançı sosial şəbəkə hesabında yazıb.
“Məqsədim noyabrda oktaqona qayıtmaqdır. Siyahımda kimlər var?", - deyə Fiziyev bildirib.
Qeyd edək ki, Rafael Fiziyev 17 MMA döyüşü keçirib və onun 13-də qalib gəlib. O, UFC yüngül çəki reytinqində 11-ci yerdədir. Fiziyev iyulun 21-də Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə çilili İqnasio Baxamondesi məğlub edib.