
"Real"da fikir ayrılığı
"Real" rəhbərliyi ilə Xabi Alonso arasında fikir ayrılığı yaranıb.
Sportlife.az xəbər verir ki, klublararası dünya çempionatından sonra Xabi Alonso ilə klubunun prezidenti Florentino Peres arasında görüş olub.
Rəhbərlik komandanın turnirdəki çıxışından son dərəcə məyus olduğunu bildirib.
Eyni zamanda Madrid klubunun rəhbərliyi transfer üçün yalnız dünya səviyyəli futbolçu ilə müqavilə bağlamaq imkanlarını müzakirə edir. Alonso isə daha aşağı səviyyəli oyunçuların alınmasının tərəfdarıdır.