
Şahmatçılarımız Hindistana yollanacaq
Şahmat üzrə Dünya kuboku Hindistanda keçiriləcək.
Sportlife.az xəbər verir ki, bu barədə qərar FİDE Şurasının Batumidə keçirilən iclasında verilib.
Oktyabrın 31-dən noyabrın 27-dək baş tutacaq yarışın hansı şəhərdə olacağı hələlik məlum deyil.
Yüksək reytinqli şahmatçıların çıxış edəcəyi Dünya kubokunda ilk "üçlük" İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, üç Azərbaycan şahmatçısı - Rauf Məmmədov, Riad Səmədov və Əhməd Əhmədzadə Dünya kubokunda mübarizə aparacaq. Nicat Abasov isə turnirdə son dünya çempionatının yarımfinalçısı kimi çıxış edəcək.