"Qarabağ"ın potensial rəqibləri bəlli olur

  • Dünən, 12:07

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportlife.az xəbər verir ki, tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütü II qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.

II qrup (səpələnməmişlər)

“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

"Qarabağ" məğlub olacağı halda isə UEFA Avropa Liqasında səpələnməmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi aşağıdakı cütlərilüklərin məğlubu ilə üz-üzə gələcək.

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)
RFS (Latviya) - "Malmö" (İsveç)
"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

UEFA Avropa Liqasının püşkatma mərasimi bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.


Paylaş: