
"Qarabağ"ın potensial rəqibləri bilindi
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FKSB (Rumıniya) cütündə üstün olan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq. Qurban Qurbanovun komandası bu raunda vəsiqə qazanarsa, ilk oyunu səfərdə keçirəcək.