AFFA rəsmisi Konfrans Liqasında

  • Dünən, 13:49

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Bu barədə Sportlife.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

O, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.


Paylaş: