
"Brügge" rekordunu yenilədi
Belçika Superkubokunun qalibi "Brügge" olub.
Sportlife.az xəbər verir ki, klub 18-ci superkubokunu qazanaraq yeni rekorda imza atıb.
Kubok uğrunda görüşdə Nikki Hayyenin rəhbərlik etdiyi komanda "Yunion"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Brügge"nin ən yaxın izləyicisi olan "Anderlext" isə 13 kuboka sahibdir.