
MY "Leypsiq"lə danışıqlara başladı
"Leypsiq" və Sloveniya millisinin hücumçusu Benyamin Şeşko karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq futbolçunun klubu ilə transfer danışıqlarına başlayıb.
Daha əvvəl "Arsenal"ın da sloveniyalı ilə maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, Şeşkonun alman klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.