
"Neftçi"də ayrılıq
“Neftçi-2”nin məşqçisi Anar Vəliyev komandadan ayrılıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışan A.Vəliyev 2022/2023 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub.
O, Əvəzedicilər Liqasının qızıl (2023/2024), gümüş (2024/2025) və I Divizionun gümüş (2022/2023) medallarını qazanıb.