
Messi yenə ən yaxşı seçildi
Lionel Messi yenidən MLS-də turun ən yaxşı oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, "İnter Mayami"nin kapitanı cari mövsümdə 5-ci dəfə bu titula yiyələnib.
Qeyd edək ki, 38 yaşlı argentinalı “Nyu-York Red Bullz”la matçda (5:1) iki qol vurub və bir məhsuldar ötürmə edib.