
Renat Polşa klubunda əsas heyət üzvü olmayacaq
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yeni komandası “Motor”a əsas heyət oyunçusu kimi keçməyib.
Sportlife.az Polşa mətbuatına istinadən xəbər verir ki, Lublin klubu hələ də hücumçu axtarışını davam etdirir.
Dadaşov hazırda “Motor”un heyətində yer alan 3-cü hücumçudur. Ancaq məşqçilər korpusu Samuel Mrazın “Servett”ə keçidindən sonra yaranan boşluğun doldurulduğunu düşünmür. Polşa mətbuatı Dadaşovun əsas heyətə düşmək üçün gərgin rəqabətdən qalib ayrılmalı olacağını yazıb.
Qeyd edək ki, Renat Dadaşov bir neçə gün əvvəl Polşanın digər klubu “Radomyak”dan “Motor”a keçib.