"Qalatasaray" istəyinə çatdı

  • Dünən, 15:07

"Napoli"nin hücumçusu Viktor Osimhen tezliklə "Qalatasaray"ın futbolçusu olacaq.

Sportlife.az xəbər verir ki, tərəflər artıq şifahi razılığa gəliblər. İstanbul klubu transfer üçün italyanlara 75 milyon avro (dərhal 40 milyon, sonra isə 35 milyon), futbolçunun gələcək satışından 10 faiz və bonuslar ödəyəcək.

Klublar arasında sənəd mübadiləsi 24 saat ərzində həyata keçiriləcək.

Qeyd edək ki, anlaşmaya əsasən, “Qalatasaray” Osimheni 2 il ərzində heç bir İtaliya klubuna sata bilməyəcək.


Paylaş: