Konfrans Liqası: Klublarımızın mümkün rəqibləri bilindi

  • Dünən, 16:31

UEFA konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Sportlife.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən mərasimdə Azərbaycan klubları “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın da potensial rəqibləri bəlli olub.

“Zirə” - “Xayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Bakı təmsilçisi mərhələ adlayarsa, bu rəqiblərdən biri ilə ilk görüşü doğma divarlar arasında keçirəcək.

"Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) cütünün qalibinə "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün güclüsü rəqib olub. Təmsilçimiz yunanlara qalib gələrsə, növbəti mərhələyə evdə başlayacaq.

“Sabah” - “Petrokub” (Moldova) cütünün qalibi Avropa Liqasının II təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş səfərdə olacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 7-də və 14-də keçiriləcək.


Paylaş: